Lənkəranda 35 yaşlı qadın itkin düşüb


Sosial 25 Yan 2020 10:27:22 159 0

Lənkəranda 35 yaşlı qadın itkin düşüb

Lənkəran rayonunda 35 yaşlı qadın itkin düşüb.

Lənkəran rayonunda35 yaşlı qadın itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 18-də rayonun Xarxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1985-cü il təvəllüdlü Gümayə Məmmədova yaşadığı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.