Bakıda qapısı açıq olan avtomobil qarət edilib


Sosial 23 Yan 2020 10:26:08 136 0

Bakıda qapısı açıq olan avtomobil qarət edilib

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib.

“Report”un xəbərinə görə, hadisə yanvarın 21-də, səhər saatlarında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, Y.Orucova məxsus “Opel” markalı avtomobilə açıq qapıdan daxil olmaqla kompüter, kompüter avadanlıqları və mobil telefon oğurlayıb.

Daha sonra Y.Orucov bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1961-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qafar Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.