Bakıda 79 yaşlı qadın yol qəzasında xəsarət alıb


Sosial 22 Yan 2020 23:00:54 138 0

Bakıda 79 yaşlı qadın yol qəzasında xəsarət alıb

​Bakıda 79 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1941-cı il təvəllüdlü Ağayeva Mötəbər Abbasəli qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.