Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var


Sosial 21 Yan 2020 19:46:21 124 0

Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var

Kürdəmir rayonunda yol qəzası baş verib.

© Report

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini,1986-cı il təvəllüdlü Adil Səmid oğluBabayevin idarə etdiyiyüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusunsürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç yaralı sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraqKürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan ikisinin Kürdəmir rayonunun Şilyan kənd sakinləri, 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikovvə 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğluQurbanov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək