Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub


Sosial 21 Yan 2020 12:15:11 133 0

Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub

Daşkəsən rayonunda 63 yaşlı piyadanı avtomobil vurub.

Daşkəsən rayonunda 63 yaşlıpiyadanı avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki,Daşkəsən rayon sakini, 1957-ci il təvəllüdlü Hekayət Cəfərov yolu qarşı tərəfə keçmək istəyən zaman "Nissan X-Trail" markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri iləxəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.