Bakı-Quba yolunda 3 təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var


Sosial 20 Yan 2020 01:33:15 322 0

Bakı-Quba yolunda 3 təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

​Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəza bir neçə nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.