Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var


Sosial 19 Yan 2020 23:28:35 147 0

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

​Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 3 avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Məmədzadə Xanbaba Zakir oğlu, 1989-cu il təvəllüdlü Musayeva Aysel Şirvan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Z.Məmmədzadəyə çanağın, A.Musayevaya isə sol bel nahiyəsinin əziyi diaqnozları qoyulub.