Gəncədə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var


Sosial 17 Yan 2020 15:43:37 127 0

Gəncədə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Gəncədə yol qəzası baş verib.&

Gəncədə yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Eminbəyli və Rəfilbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraqyol kənarındakı ağaca çırpılıb. Nəticədə bir nəfər aldığı ağır xəsarətlərdən ölüb. Daha bir nəfər - Hüseyn Yunisli isə müxtəlif dərəcəli bədənxəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.