Tikinti şirkəti 20 min manat cərimələnib


Sosial 16 Yan 2020 15:54:54 141 0

Tikinti şirkəti 20 min manat cərimələnib

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Qaranti-inşaat-2012” MMC barədə inzibati protokol tərtib edib

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Qaranti-inşaat-2012” MMC barədə inzibati protokol tərtib edib.

"Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il qərarından şirkətin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Qaranti-inşaat-2012” MMC çoxmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.