Ölümə səbəb olan evakuator sürücüsünün məhkəməsi başlayır


Sosial 15 Yan 2020 17:42:45 142 0

Ölümə səbəb olan evakuator sürücüsünün məhkəməsi başlayır

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əlabbas Həsənovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əlabbas Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Sevinc Quliyevanın icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 28-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin oktyabr ayında Bakı-Quba yolunun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib. 1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Ə.Həsənova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.