Bakıda əcnəbi vətəndaşın avtomobili qaçırılıb


Sosial 15 Yan 2020 16:18:43 129 0

Bakıda əcnəbi vətəndaşın avtomobili qaçırılıb

Bakıda&əcnəbi vətəndaşın avtomobili qaçırılıb.

Bakıdaəcnəbi vətəndaşın avtomobili qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 14-də Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB)müraciət edən əcnəbi vətəndaş K.Kadir həmin gün saat 7 radələrində yaşadığı evin qarşısından “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini F.Musayev qısa müddətdə avtomobillə birgə Xırdalan şəhəri ərazisində saxlanılıb.

Araşdırma aparılır.