Qubada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb


Sosial 15 Yan 2020 12:16:00 114 0

Qubada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Quba rayonunda həmkəndlisinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Quba rayonunda həmkəndlisinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə "Report"aDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba rayonunun Birinci Nügədi kənd sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri uğurlu təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəminində zərərçəkənə xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.