Həbs edilən icra başçısının prokurorluqda çalışan oğlu işdən çıxarılıb


Sosial 15 Yan 2020 11:18:26 158 0

Həbs edilən icra başçısının prokurorluqda çalışan oğlu işdən çıxarılıb

Ağstafa İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev işdən çıxarılıb.

© Report / Firi Salim

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşıRamal Quliyev işdən çıxarılıb.

"Report"un məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub:“Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”.