Bakıda narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı saxlanılıb - VİDEO - YENİLƏNİB


Sosial 11 Yan 2020 16:43:00 113 0

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı saxlanılıb - VİDEO - YENİLƏNİB

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Video əlavə olunub

***13:24

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Fuad Dursnar üzrində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram narkotik vasitə olan heroin və 0,075 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, narkotik vasitələri çəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxsdən 300 manata alıb.

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Qarayev Abşeron rayon, Xırdalan şəhərində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 350,652 qram narkotik vasitə olan heroin və 243,436 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. F.Qarayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları bir müddət əvvəl şəxsiyyəti istintaqa məlum olmayan “Mürşüd” adlı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.