Xaçmaz sakinindən marixuana götürülüb


Sosial 11 Yan 2020 10:12:39 115 0

Xaçmaz sakinindən marixuana götürülüb

Xaçmaz sakinindən&marixuana götürülüb.

Xaçmaz sakinindənmarixuana götürülüb.

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə,Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxs saxlanılıb.

Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Cavanşir Qurbanov yaşadığı evin yaxınlığında tutulub.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı C.Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.