AMEA-da yeni kadr təyinatları olub


Sosial 09 Yan 2020 19:31:09 116 0

AMEA-da yeni kadr təyinatları olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

© Report

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, Akademiya Rəyasət Heyətininbu gün keçirilən iclasında bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.