İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub


Sosial 06 Yan 2020 16:00:29 130 0

İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub.&

İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də rayonun Qaralar kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Yalavac kənd sakini M.Orucov vurulub.Piyada xəstəxanaya yerləşdirilib.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev saxlanılıb.

Araşdırma aparılır.