Sabahın hava proqnozu açıqlanıb


Sosial 05 Yan 2020 12:47:13 118 0

Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 06-da

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 6-daBakıda və Abşeron yarımadasındaDəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-10° isti,Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isəAbşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti,dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.