Xətaidə 4 evdən 26 min manatlıq oğurluq edilib
Sosial 14 Dek 2019 12:40:40 124 0
Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb
Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçirib.
Daxil olmuş müraciətlər əsasında keçirdikləri nəticəsində rayon ərazisindəki 4 evdən, ümumilikdə, 14 920 manat pul, 11 200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb.
Mənbə: report.az