Goranboyda 15 yaşlı qızı avtomobil vurub


Sosial 12 Dek 2019 19:22:12 309 0

Goranboyda 15 yaşlı qızı avtomobil vurub

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Borsunlu kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova yolu qarşı tərəfə keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun kəllə-beyin travması aldığı, vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.