Cənub bölgəsində Heydər Əliyevin vəfatının 16-cı ildönümü qeyd olunub - VİDEOREPORTAJ


Sosial 12 Dek 2019 17:27:11 138 0

Cənub bölgəsində Heydər Əliyevin vəfatının 16-cı ildönümü qeyd olunub - VİDEOREPORTAJ

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Uluöndərin 16-cı il dönümüölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.

Ulu öndər Heydər Əliyevinəziz xatirəsi Lənkəranda da böyük ehtiramla yad edilib.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə,bu münasibətlə Lənkəran şəhərindəsilsilə tədbirlər keçirilib.

Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ulu öndərinadını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını ifadə ediblər.

Lənkəranda Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib, kitab, jurnal və rəsmlərdən ibarət sərgiyə baxış olub, mərkəzdə daimi fəaliyyət göstərən Heydər Əliyev müzeyi sakinlər tərəfindən gün ərzindəziyarət olunub.

***

Masallı rayonundada ulu öndər Heydər Əliyevinvəfatının 16-cı ildönümü ilə əlaqədar ümumrayon anım günü dərin hüznlə keçirilib.

"Report"un Cənub mərkəzininməlumatına görə, səhər saatlarından başlayan mərasimə Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri,rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, məktəblilər, ziyalılar, dindarlar və ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndəriehtiramla yad ediblər.

Gün ərzində rayonun kənd və qəsəbələrində Heydər Əliyevin 16-cı il dönümü ilə bağlı anaım tədbirləri keçirilib.

***

Lerik rayonunda ümummilli lider Heydər Əliyevinil dönümü qeyd olunub.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin vəfatının 16-cı il dönümü münasibəti iləanım mərasimi keçirilib.

Mərəsimdə Rayon İcra Hakimiyyətinin rəsmiləri,hüquq mühafizə orqanlarının rəhbərləri,idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilərHeydər Əliyevin abidəsi önündən keçərək önünə tər gül-çiçək dəstələri düzərək ulu öndərə sonsuz ehtiramlarını bildiriblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar və onun həyatını əks etdirən “Öndərin yolu” adlı qısa metrajlı sənədli filmə baxıblar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək