Şimal bölgəsində ümummilli liderin anım mərasimi keçirilib - VİDEOREPORTAJ


Sosial 12 Dek 2019 17:27:16 120 0

Şimal bölgəsində ümummilli liderin anım mərasimi keçirilib - VİDEOREPORTAJ

Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Quba rayonunda keçirilən anım mərasimində böyük izdiham yaşanıb.

Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Quba rayonunda keçirilən anım mərasimində böyük izdiham yaşanıb.

"Report"un Şimal bürosuxəbər verir ki, ulu öndərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər.

Abidə önünə gül-çiçək düzən qubalılar xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan ümummilli liderin xatirəsini anıb, dualar ediblər.

***

Xaçmaz rayonunda da ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.

"Report"un Şimal bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrələri də açılıb.

***

Respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

"Report"un Şimal bürosu xəbər verir ki, rayon sakinləri ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər. Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıblar.

Çıxış edənlər Ulu Öndərin zəngin irsi və şərəfli ömür yolundan danışıb, Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğu vurğulayıblar.

Qeyd edilib ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb.

***

Şabran, Siyəzən, Xızı rayonlarında keçirilən anım mərasimlərində də izdiham yaşanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə təşkil olunan mərasimlərdə bu rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək