"Jotun" boyalarının Azərbaycandakı distribüteri 10 min manat cərimələnib


Sosial 12 Dek 2019 16:01:40 207 0

"Jotun" boyalarının Azərbaycandakı distribüteri 10 min manat cərimələnib

“Dübəndi” firmasının reklam haqqında qanunvericiliyin pozulmasına görə 10 min manat cərimə edilib.

“Dübəndi” firmasının reklam haqqında qanunvericiliyin pozulmasına görə 10 min manat cərimə edilib.

"Report"un xəbərinə görə, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

1995-ci ildə yaradılan "Dübəndi" firması 1998-ci ildən Norveçin "Jotun" boyalarının Azərbaycana idxalı ilə məşğuldur. 2002-ci ildən "Jotun" boyalarının Azərbaycan üzrə eksklüzivdistribüteri olan şirkət topdan və pərakəndə satış ilə yanaşı, digər xidmətləri də göstərir.