Bakıda qətldə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib


Sosial 10 Dek 2019 19:13:35 113 0

Bakıda qətldə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda adam bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Elnur Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıda adam bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Elnur Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazılıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra dünyasını dəyişib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.