“EuroHome”dakı yanğının söndürülməsinə dəmir yolunun iki yanğınsöndürmə qatarı da cəlb olunub
Sosial 10 Dek 2019 10:58:00 191 0
“Ekologiya postu” kimi tanınan ərazidə “Eurohome” tikinti materialları bazarında yanğın&davam edir.&Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.
“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir.Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.
Yanğının söndürülməsinə kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb. Bu barədə "Report"a“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.
Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.
Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.
Mənbə: report.az