Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 10 Dek 2019 09:29:00 154 0

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

“EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən "Report"a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 09:08

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

“Report” xəbər verir ki,Binəqədi rayon ərazisində yerləşən“EuroHome” tikinti materialları bazarıyanır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlbolunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək