Bakıda mənzildə 36 yaşlı kişinin meyiti aşkarlanıb
Sosial 08 Dek 2019 19:27:08 128 0
Bakıda mənzildə meyit aşkarlanıb
Bakıda mənzildə meyit aşkarlanıb.
"Report"Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Çerkazov İlya Mixayloviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: report.az