İsmayıllıda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - VİDEO - ƏLAVƏ OLUNUB
Sosial 08 Dek 2019 16:09:00 131 0
İsmayıllıda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Video əlavə olunub
***15:05
İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər - 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.