Bakıda iki qadın yol qəzasında xəsarət alıb


Sosial 06 Dek 2019 02:23:22 117 0

Bakıda iki qadın yol qəzasında xəsarət alıb

Bakıda iki qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzasıbaş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı-Mehdiabad yolunda iki avtomobilin toqquşması zamanı 50 yaşlı Əliyeva Şəhla Yavər qızı və 68 yaşlı Əmirova Firuzə Firuz qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ş.Əliyevaya başın yumşaq toxumalarının əziyi, F.Əmirovaya isə sağ budun sınığı diaqnozları qoyulub.