Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alan var


Sosial 05 Dek 2019 23:17:56 114 0

Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

​Yevlaxda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xaldan kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Vüqar Musayev müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib. V.Musayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.