Ağdaşda su kanalına düşən kişinin meyiti tapılıb - YENİLƏNİB


Sosial 05 Dek 2019 16:55:00 109 0

Ağdaşda su kanalına düşən kişinin meyiti tapılıb - YENİLƏNİB

Ağdaşda 37 yaşlı kişi&su kanalına düşüb.

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki,S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***15:55

Ağdaş rayonunda 37 yaşlı kişisu kanalına düşüb.

Bu barədə "Report"aFövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindənməlumat verilib.

Belə ki, Nazirliyin"112" qaynar telefon xəttinə Ağdaş rayonunda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.