“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər


Sosial 05 Dek 2019 09:56:47 117 0

“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkəsdə texniki nasazlıq yaranıb.

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkəsdə texniki nasazlıq yaranıb.

"Report" xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməlu olan elektrik qatarları hərəkətdə olmayıb:

"Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər".