Kürdəmirdə yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB


Sosial 05 Dek 2019 02:45:00 118 0

Kürdəmirdə yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Kürdəmir rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub

Kürdəmir rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəzada Mingəçevir şəhər sakinləri, sürücü 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlu və onun sərnişini 1990-cı il təvəllüdlü İslamova Könül Faid qızı xəsarət alıb.

Dünyasını dəyişən şəxsın adı isə Rəşaddır.

02:09***

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Alğırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,“Ford Tranzit” markalı avtomobil“KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə üç nəfər müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralı həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək