Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb, ölən və yaralılar var


Sosial 05 Dek 2019 02:09:55 173 0

Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb, ölən və yaralılar var

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Alğırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə iki nəfər xəsarət alıb, bir nəfər ölüb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.