Yeniyetmə mağazadan pul oğurlayıb


Sosial 04 Dek 2019 12:11:39 157 0

Yeniyetmə mağazadan pul oğurlayıb

Bakıda mağazadan pul oğurlanıb.

Bakıda mağazadan pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsininəməkdaşları tərəfindən noyabrın 26-da rayon ərazisindəki mağazaların birindən 1400 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.