FHN əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb


Sosial 03 Dek 2019 11:26:44 149 0

FHN əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşını qətlə yetirməkdə

Bakı Ağır Cinayətlər Məhkəməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İbrahimov Şəmsəddin Yapon oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayında baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.