"Report" "Media Məktəbi"nin yeni təlim proqramına start verildi


Sosial 02 Dek 2019 16:18:08 175 0

"Report" "Media Məktəbi"nin yeni təlim proqramına start verildi

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən "Media Məktəbi"nin növbəti qrupu üçün təlim proqramına start verilib.

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən "Media Məktəbi"nin növbəti qrupu üçün təlim proqramına start verilib.

Müraciət etmiş 6 nəfər gənc agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək.

"Report" "Media Məktəbi"nin koordinatoru İsmayıl Rafiqoğlu proqramın iştirakçıları ilə görüşdə bildirib ki, "Media Məktəbi"nin məqsədi jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Tədris dövründə aparıcı media mütəxəssislərin gənc jurnalistlərlə görüşlərinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, "Report" İnformasiya Agentliyinin "Media Məktəbi" 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bu müddətdə bir neçə buraxılış olub, "Media Məktəbi"ni uğurla bitirən məzunlara sertifikat təqdim edilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək