Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıb


Sosial 02 Dek 2019 12:53:18 123 0

Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıb

Azərbaycanda -in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıb.

AzərbaycandaİİV-in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıb.

“Report”unxəbərinə görə,Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib ki,İİV daha çoxölkənincənub bölgəsində yayılıb.

Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır: "Cənub zonasında əhalinin sayı az olduğuna görə orada virusa yeni yoluxma faizi də yüksəkdir. Azərbaycanda İİV-ə yoluxanlar əsasən Bakı şəhərində yaşayırlar. Yoluxanların 23,6 faizi Bakıda yaşayır. Bakıda əhalinin sayı çox olduğu üçün, burada 2 milyondan çox insan yaşadığı üçün hər 1000 nəfərə düşən İİV-ə yoluxma halı azdır".

N.Zülfüqarov əlavə edib ki, İİV-ə yoluxma göstəricisi Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%-dir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23.6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75.7 faizi regionlarda yaşayır".