Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var


Sosial 01 Dek 2019 13:52:06 151 0

Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var

​Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki,"Ford" markalı avtomobil idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb. Avtomobilin sürət o qədər yüksək olub ki, nəqliyyat vasitəsi məhəccəri qıraraq Ceyranbatan gölü istiqamətinə düşüb

Qəza zamanı sürücünün ağır xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.