Bərdədə baş verən ağır yol qəzasında xəsarət alanlarıın şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB


Sosial 01 Dek 2019 13:21:00 138 0

Bərdədə baş verən ağır yol qəzasında xəsarət alanlarıın şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

​Bərdədə baş verən ağır yol qəzasında 7 nəfər xəsarət alıb

© Foto: "Report"

Bərdə rayonunda baş vermiş ağır yol qəzasındaxəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, bunlar Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və daha bir nəfərmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***12:45

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək