Lənkəranda zəncirvari yol qəzası olub, xəsarət alan var


Sosial 26 Noy 2019 11:04:03 277 0

Lənkəranda zəncirvari yol qəzası olub, xəsarət alan var

Onun ayağının amputasiya ediləcək

Lənkəran rayonunda zəncirvari yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə şəhərin “Kürə” deyilən ərazisində baş verib.

Belə ki,Lənkəran şəhər sakini,1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyev “QAZ-24” markalı 42-BD-825 dövlət-qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olub. Yol ayrıcında Lənkəran rayonunun Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun idarə etdiyi “Ford- Transit” markalı 99-CA-271 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə zamanı“QAZ-24” zərbənin gücündən istiqamətini dəyişərəkyol kənarında dayanan Lənkəran şəhər sakini, Bəybala Şahkərim oğlu Mirzəyevə məxsus "VAZ-2106" markalı 42-BO-480 dövlət-qeydiyyat nişanlı avtomobilə çırpılaraq onu səkiyə sıxışdırıb. Bu zaman səkidə olanpiyada Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Nasim Təyyar oğlu Şahbazov ciddi xəsarət alıb. Onun ayağının amputasiya olunma təhlükəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.