Bakıda avtomobil gənci vurub, vəziyyəti ağırdır


Sosial 25 Noy 2019 23:43:54 364 0

Bakıda avtomobil gənci vurub, vəziyyəti ağırdır

​Bakıda avtomobil 27 yaşlı gənci vurub, vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Piknik" kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, 27 yaşlı İsmayılov Rəşid İsmayıl oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.