Astarada yaşayış evi tamamilə yanıb


Sosial 25 Noy 2019 22:11:21 367 0

Astarada yaşayış evi tamamilə yanıb

Kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib

Astarada yanğın hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Ovala kəndində baş verib.

Kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib. Əsasən taxta konstruksiyadan ibarət olan üç otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibəsi və üç uşağı evdə olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.

Bildirilir ki, ev qəfil alovlandığından ailə üzvləri evi tərk edərək qonşuları köməyə çağırıblar. Lakin yanğın evi əhatə etdiyindən alovu söndürmək mümkün olmayıb.

Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.