Bu il axtarışda olan 4 458 nəfər sərhəddə saxlanılıb


Sosial 25 Noy 2019 17:20:21 411 0

Bu il axtarışda olan 4 458 nəfər sərhəddə saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.&

Dövlət Sərhəd Xidmətinin (DSX) rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.

Bu barədə "Report"aDSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsi qeyd olunub.

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanmışdır. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılmış, saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılıb.

Azərbay­can Respublikasının Prezidenti cənab İl­ham Əliye­vintapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət və­ziy­­yə­tinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırıl­ma­sının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə və­saitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yük­sək sə­viy­yədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bil­dirilib.

Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nai­liyyətlərin qo­runub saxlanılmasının və daha da artırılmasının mü­hüm­lüyü xüsusi vurğulanıb.

Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cüm­lədən dövlət sərhədindən keçən şəxslər və nəq­liy­yat vasitələri üzə­rində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin mak­simal azal­dıl­ması və sürətli keçidi­nin təmin olunması üzrə təklif­ləri dinlənilmiş, xid­məti fəaliyyətin təkmilləşdirilməsi məsələləri mü­za­kirə olunub.

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.

Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Müşavirənin sonunda normativ-hüquqi aktların və rəh­bər sə­nədlərin tələb­lə­rinə riayət olunması, dövlət sərhədindən buraxılış mən­təqə­lərində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqa­mətində əlavə tap­şırıqlar verilib.