Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var


Sosial 25 Noy 2019 13:08:14 374 0

Şəmkirdə yol qəzası baş verib, xəsarət alan var

Şəmkir rayonunda yol qəzası baş verib.

Şəmkir rayonunda yol qəzasıbaş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin maneəyə çırpılması nəticəsində Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Amal Salmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı əvvəlcəŞəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.