Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb


Sosial 25 Noy 2019 11:57:08 379 0

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi&ilə bağlı cinayət işi başlanılıb.

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsiilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 24-də Goran-Naftalan avtomobil yolununun 6-cı kilometrliyində baş verib.

Belə ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü Samir Qaçay oğlu Nuriyevidarə etdiyi “Renault Megane” markalı avtomobillə Naftalan rayon istiqamətində hərəkətdə olan zaman piyada, rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rauf Həsənovu vuraraq öldürüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.