FHN-in avtomobili qəzaya düşüb


Sosial 25 Noy 2019 11:32:21 308 0

FHN-in avtomobili qəzaya düşüb

Şəmkirdə yol qəzası baş verib.

Şəmkirdə yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə noyabrın 24-də rayonun Məmməd Araz küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Vüqar Əliyev idarə etdiyi FHN-in Yanğından mühafizə hissəsinin balansında olan “Cevrolet Niva” markalı 90-FH-605 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yolun kənarında yerləşən fərdi yaşayış evinin hasarına çırpılıb.

Nəticədə sürücü heç bir xəsarət almayıb, avtomobilə isə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.