Bakıda itkin düşmüş 36 yaşlı qadın tapılıb
Sosial 25 Noy 2019 09:43:44 370 0
Bakıda itkin düşmüş 36 yaşlı qadın tapılıb.
Bakıda itkin düşmüş 36 yaşlı qadın tapılıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 18-də paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü G.Həsənova günorta saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində G.Həsənova tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az