Bakıda yol qəzası olub, 1 nəfər ölüb


Sosial 25 Noy 2019 09:09:30 411 0

Bakıda yol qəzası olub, 1 nəfər ölüb

Bakıda ölümlə nəticələnən&avtomobil qəzası baş verib.

Bakıda ölümlə nəticələnənavtomobil qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki,“Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.