Bakıda sürüşmə zonasının yaxınlığında yol qəzası olub


Sosial 25 Noy 2019 04:34:36 351 0

Bakıda sürüşmə zonasının yaxınlığında yol qəzası olub

​Bakıda sürücü sürüşmə zonasında qəza törədib

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Bibiheybət məscidinin yaxınlığında 25 yaşlı İskəndərov Samir Rac oğlunun idarə etdiyi BMW markalı, 90-XJ-512 dövlət qeydiyyat nişanlı minik avtomobili yol sürüşməsinin baş verdiyi ərazidə beton maneəyə, sonra isə dəmir səddə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da,avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə ötən gün yol sürüşməsi baş verib.

Ramin Şahbazov